"Koronavirusa yoluxanlar əməliyyatdan sonrakı 1 ayda..." - Ölüm ehtimalı ilə bağlı alimlərdən

Yeni növ koronavirusa yoluxan insanların əməliyyat sonrası ölüm riskinin artdığı məlum olub.

Metbuat.az xəbər verir ki, "Science Daily"də yer alan xəbərə görə, Birmingem Universitetinin mütəxəssisləri 235 xəstəxanadan 1128 xəstə ilə bağlı məlumatları incələyiblər. Araşdırma nəticəsində koronavirusa yoluxan insanların əməliyyatdan sonra 1 ay ərzində ölüm riskinin 23,8% artdığı ortaya çıxıb.

Əməliyyat sonrası ölüm faizinin kiçik əməliyyatlardan sonra 18,9%, təcili əməliyyatlarda 25,6%, böyük əməliyyatlarda isə 26,9% olduğu bildirilib. Eyni zamanda kişilərin ölüm riskinin qadınlar yüksək olduğu, 70 yaşından yuxarı xəstələrdə bu rəqəmin 33,7%-ə yüksəldiyi açıqlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR