.

Nazirlikdən müəllimlərlə bağlı xüsusi tapşırıq - Bu gündən...

Bu gündən bir çox təhsil müəssisələrində direktorlar müəllimlərin bir qisminin işə çıxması ilə bağlı tapşırıq verib.

Metbuat.az xəbər verir ki, bu məsələ sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

Təhsil üzrə ekspert Kamran Əsədov məsələyə münasibət bildirib.

Ekspert bildirib ki, 1 iyundan təhsil müəssisələrində çalışan bütün işçilərin işə çağırılması doğru qərardır.

“Yəni Nazirlər Kabinetinin müvafiq qərarı ilə bütün dövlət orqanlarının tam işçi heyətinin işə çıxması qeyd olunur.

Ona görə də müəllimlərin, laborantların, texniki işçilərin işə çağırılmasında əsassız heç nə yoxdur. Sabahdan etibarən müəssisə rəhbəri çağıra bilər.

Burada problem isə karantin rejiminin davam etdiyi, giriş-çıxış məhdud olan şəhər və rayonlar üzrədir. Həmin şəxslər də postlarda müvafiq olaraq məlumat yoxlanılmasından sonra keçə bilərlər”, - deyə Kamran Əliyev vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR