Məşhur klubun 16 futbolçusunda koronavirus aşkarlandı

Braziliyanın köklü klublarından olan "Vasko da Qama"nın 16 oyunçusunda yeni növ koronavirus aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə klubdan rəsmi açıqlama verilib. Sözügedən futbolçuların karantinə alındığı bildirilib.

Qeyd edək ki, Braziliyada koronavirus sürətlə artmaqdadır. Ölkədə virusa yoluxanlar 614 mini, ölü sayı isə 29 mini keçib.

Mənbə: sondakika.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR