Bakıdan rayonlara gediş-gəliş nə zaman bərpa olunur? -

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda bir çox karantin məhdudiyyətləri artıq götürülüb. Paytaxtda və eləcə də rayonlarda artıq həyat normal qaydada davam edir. Ancaq Bakı ilə rayonlar arasında, o cümlədən Naxçıvana gediş-gəliş hələ də bərpa olunmayıb.Bəs qarşıdakı günlərdə rayonlar arası gediş gəlis bərpa oluna bilərmi?

Metbuat.az xəbər verir ki, bununla bağlı danışan deputat Cavanşir Paşazadə bildirib ki, karantin rejiminin yumşaldılması ilə bağlı qərarları dövlət və Nazirlər Kabineti yanında Operativ Qərargah verir:

"Daxili gediş-gəlişin bərpası ilə bağlı məsələ də Operativ Qərargahın səlahiyyətində olan bir məsələdir. Bilirsiniz ki, bu gün bütün dünya ölkələri koronavirusla mübarizə aparır. Operativ Qərargah pandemiya ilə bağlı həm digər dövlətlərdəki, həm də ölkəmizdəki son vəziyyəti dəyərləndirərək qərarlar verir.

Bu məsələdə də düşünürəm ki, ən düzgün qərarı Operativ Qərargah verə bilər. Təəssüf son günlərin statistikası heç də ürəkaçan deyil. Gündəlik yoluxanların sayı 200-dən çoxdur. Düzdür, sağalanların sayı da kifayət qədərdir. Amma bu biz də arxayınlıq yaratmamalıdır. Təəssüf ki, yumşalmalardan sonra insanlarda məsuliyyətsizlik artdı. Vətəndaşlarımız bu xəstəlik yoxmuş kimi davranır, qoruyucu tibbi maska və əlcəklərdən istifadə istifadə etmir, ictimai nəqliyyatda, marketlərdə sosial məsafəni qorumurdular. Bilirsiniz ki, bu gündən qoruyucu tibbi maskalardan istifadə məcburidir.

Hətta bununla bağlı mayın 31-də Milli Məclisin sonuncu plenar iclasında cərimələr də təsdiq edildi. Düşünürəm ki, cərimələrə görə insanlarımız daha məsuliyyətli olub, qoruyucu tibbi maskalardan istifadə edəcəklər. Təbii ki, tək cərimələr kifayət etmir. "COVİD 19" nədir? Bu virusun insan orqanizmdə hansı fəsadlara səbəb olacağı ilə bağlı istər mətbuatda, istərsə də televiziyada maarifləndirmə işləri aparılmalıdır. İnsanlarımız bu xəstəlik barəsində ətraflı olaraq məlumatlandırılmalıdır.

Bu işdə təbii ki, hər birimiz aktiv iştirak etməli, insanlarımızın və gələcəyimizin sağlamlığının qorunmasında tibb işçilərinə yardımçı olmalıyıq".

Bu həftə daxili gediş-gəliş bərpa oluna bilərmi? - AÇIQLAMA

Deputat sonxeber.az-a açıqlamasında qeyd edib ki, bu məsələdə tələsmək olmaz.

''İnsanlarımızı da başa düşürəm. Havalar isindikcə insanlarımız bölgələrə üz tutmaq istəyəcək. Amma bu vəziyyətdə insanların birdən-birə rayonlara axışmasına icazə vermək olmaz. Çünki elə rayonlar var ki, orada yoluxma yoxdur və ya çoxdur. Məhz ona görə də daxili gediş-gəlişin açılması bütün ölkə üzrə yoluxmanı artıra bilər. Ümumiyyətlə bizim normal həyata qayıtmağımız vətəndaşlarımızdan asılıdır. İnsanlarımız Operativ Qərargahın qoyduğu qaydalara və tövsiyələrinə əmək edərlərsə normal həyatımıza tezliklə qayıda bilərik. Yox əməl etməzlərsə, bir aya sona çata biləcək pandemiya və karantin rejimi 3-5 ay uzadıla bilər. Əlbəttə bunu heç birimiz arzulamırıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR