“Arı dilimdən sancdı” - Emma xatirələrindən DANIŞDI -

ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı müğənni Emma Ələkbərzadə olub.

Metbuat.az xəbər verir ki, Müğənni uşaqlığı ilə bağlı maraqlı xatirəsindən danışıb:

“Uşaqlığımız çox gözəl keçib. Mənim atam, anam, nənələrim, babalarım bizə ən gözəl uşaqlıq bəxş ediblər. Hansı kəndə, rayona aparırdılarsa nənəmlə orada qalırdım. Anadan yapışan uşaq olmamışam. Kənddə atamın maşınında oturmuşdum. Seva ilə oynayırdıq. Maşının da pəncərəsi açıq idi. Mən də Sevdaya dil çıxaranda arı gəlib düz dilimdən sancdı. Məndən bir qışqırıq çıxdı ki...”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR