"Dəniz Mall"da hansı mağaza və restoranların açıldığı məlum oldu - SİYAHI

İyunun 1-də Bakı Bulvarı ərazisində möhtəşəm "Dəniz Mall" ticarət mərkəzi açıldı.

Metbuat.az Day.Az-a istinadən bildirir ki, Sidney Opera Evinin memarlıq üslubunda inşa edilən Mall Azərbaycanda ən böyük ticarət mərkəzidir - 5 mərtəbəli, sahəsi 120,000 kvadratmetr olan, əyləncə məkanları, mağazalar, restoran və kinoteatr yerləşir.

Dəniz Mall-ın sakinlər üçün əsas əyləncə məkanına çevriləcəyi gözlənilir. Mərkəzin binası 2007-ci ildə məşhur dizayner Çapman Taylor tərəfindən tərtib edilmişdir. Əvvəlcə konfrans mərkəzi, tədbirlərin və toyların məkanı kimi təsəvvür edilmişdi, lakin sonradan bunun ənənəvi alış-veriş yeri olmasına qərar verildi.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq ticarət mərkəzinin rəhbərliyi ziyarətçilərdən karantin qaydalarına əməl etmələrini, maskalar taxmağı və sosial məsafəni qorumağı xahiş edir.

Xatırladaq ki, Operativ Qərargahın qərarı ilə ticarət mərkəzlərinin ərazilərində yerləşən kinoteatrların, əyləncə mərkəzlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb, mağazalar və restoranlar isə açıqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR