.

"Neftçi" uzun fasilədən sonra hazırlığa başladı

Koronavirus pandemiyasının (COVID-19) yayılması səbəbindən ölkədəki xüsusi karantin rejimi ilə əlaqədar olaraq, martın 14-də fəaliyyətini müvəqqəti dayandırmış "Neftçi” bu gün tam fəaliyyətə başlayıb.

Metbuat.az klubun rəsmi saytına istinadən məlumatına görə, komanda məşqləri bərpa edib.

"Ağ-qaralar” "Türk Hava Yolları Futbol Mərkəzi”ndə axşam məşqinə çıxıb. Hazırlıq sabah iki məşqlə davam edəcək.

Qeyd edək ki, "Neftçi” uzun fasilədən sonra Premyer Liqada ilk oyununu iyunun 21-də səfərdə "Zirə”yə qarşı keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR