.

Türkiyədə koronavirusa yoluxanların sayı 164 mini keçdi

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 23 nəfər ölüb.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 31 525 şübhəli koronavirus testindən keçib, onlardan 827-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4563 nəfər ölüb, 164 769 nəfər bu infeksiyaya yoluxub, 128 947 nəfəri isə müalicə olunub. Bu gün daha 974 xəstə evə buraxılıb. (APA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR