.

"Barselon"nın futbolçusu "Mançester Siti"yə keçir

Barselona”nın müdafiəçisi Nelson Semedo "Mançester Siti"yə keçməyə razılıq verib.

Metbuat.az xəbər verir ki, bu barədə İspaniyanın Sport.es nəşri məlumat yayıb. Klubların Portuqaliya millisinin üzvü üçün danışıqları yekunlaşdırmaq üzrə olduğu bildirilib.

“Şəhərlilər”in bu keçid qarşılığında müdafiəçi Joao Kanselonu Kataloniya klubuna vermək istədiyi, ancaq "Barselona"nın oyunçu dəyişikliyində maraqlı olmadığı və Semedonun satışından 40 milyon avro qazanmaq niyyətində olduğu qeyd olunub.

Qeyd edək ki, Nelson Semedo “Barselona”ya 2017-ci ildə 30 milyon avroya “Benfika”dan keçib. (qol.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR