Emin Mahmudov: "Karyeramın sonunadək "Neftçi"də qalmaq istərdim" - MÜSAHİBƏ

.

"Neftçi" ilə müqavilənin müddətini uzadan kapitan Emin Mahmudov klubun rəsmi saytının suallarını cavablandırıb.

Metbuat.az həmin müsahibəni təqdim edir...

- Emin, "Neftçi” ilə yeni müqaviləyə imza atandan sonra nə hisslər keçirirsiniz?

- Çox xoşbəxtəm! 3 ildir burada oynadığıma görə komandaya öyrəşmişəm. Birillik yox, uzun müddətli müqavilə bağladığım üçün özümü xoşbəxt hiss edirəm. Karyeramın sonunadək "Neftçi”də qalmaq istərdim.

- "Neftçi” bu gün məşqləri bərpa edir. Necə düşünürsünüz, komanda iyunun 21-dəki ilk oyunadək tam hazır ola biləcək?

- Fiziki hazırlığımızı 100 faiz bərpa edəcəyimizə əmin deyiləm, amma inanıram ki, məşqçilərimiz komandanı maksimum hazır edə biləcək. Qarşıda bizi çox çətin və yorucu çempionat mübarizəsi gözləyir. Buna görə də arxayınlaşmağa haqqımız yoxdur. Təbii ki, ondan sonra avrokuboklar haqqında düşünməliyik. Lakin əvvəlcə qalan 8 matçı uğurlu keçirmək lazımdır.

- Yəqin ki, digər futbolçular kimi siz də karantin dövrü zamanı ev şəraitində formanızı qorumağa çalışmısınız? Bu, sizdə nə dərəcədə alınıb?

- Fərdi olaraq çox məşq etmişəm. Qaçış cığırında çox qaçmışam. Əlbəttə, bunlar futbol meydanlarındakı məşqləri əvəz etmir. Bununla belə, hesab edirəm ki, yaxşı formadayam.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR