Azərbaycanda Qurban bayramının vaxtı AÇIQLANDI

.

Azərbaycanda Qurban bayramının vaxtı açıqlanıb.

Metbuat.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev apa.tv-yə açıqlamasında bildirib ki, Zilhiccə ayının 10-u, yəni iyulun 31-i və avqustun 1-i Qurban bayramıdır.

Əslində, İslam ölkələrində Qurban bayramı 3 gün qeyd edilir, yəni Zilhiccə ayının 10-u, 11-i və 12-də. Bizdə isə həm Ramazan, həm də Qurban bayramı dövlət səviyyəsində 2 gün bayram edilir.

Fuad Nurullayevhəmçinin bildirib ki, Məhərrəm ayı avqustun 21-də başlayacaq, Aşura günü isə avqustun 30-na təsadüf edəcək.

Fuad Nurullayev eyni zamanda qeyd edib ki, Səfər ayı sentyabrın 19-da başlayacaq, 17 oktyabrda başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR