İyunun 15-də sərhədlər açılır? - Operativ Qərargahdan AÇIQLAMA

Artıq Macarıstan iyunun 15-dən sonra Azərbaycanla sərhədlərini açır və gediş-gəlişə start verir. Bununla bağlı “Wizzair” aviaşirkəti bilet satışları da elan edilib.

Metbuat.az xəbər verir ki, bu isə iyunun 15-dən sonra Azərbaycanın digər ölkələrlə sərhədləri açması anlamına gəlir.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, sərhədlərin bağlı qalması müddəti iyunun 15-dək qüvvədədir:

“Hazırda sərhədlərin açılması müzakirə olunur. Amma iyunun 15-nə kimi bağlı qalacaq. Həmin müddətdən sonra hansı qərar qəbul ediləcəksə, bu barədə ictimaiyyətə məlumat veriləcək”.(Modern.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR