.

Rusiyada koronavirusdan ölənlərin sayı 5 mini keçdi

Rusiyada son bir gündə daha 8 863 nəfərə koronavirus diaqnozu qoyulub.

Metbuat.az xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 423 741 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə 182 nəfər artaraq 5 037-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 186 985 nəfər sağalıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 2 286 nəfər.

Mənbə: RİA Novosti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR