Bərdədə anası və bacısını qətlə yetirən gənc saxlanıldı

Bərdə rayonunda anası və bacısını güllələyərək qətlə yetirən şəxs saxlanılıb.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, qətl hadisəsini törədərək hadisə yerindən qaçan Toğrul Zeynallı bu gün günorta saatlarında Bərdə rayon Polis Şöbəsinə gələrək təslim olub. Saxlanılan şəxs Bərdə rayon prokurorluğuna təhvil verilib.

Xatırladaq ki, Toğrul Zeynallı iyunun 1-də gecə saatlarında Bərdə rayonunun Alaçadırlı kəndində yaşadığı evdə anası Nəzirə Zeynalova və bacısı Əminə Zeynallını qətlə yetirib. Hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR