Müştərilər belə aldadılır: Aldıqları çörək əslində... - VİDEO

Azərbaycanda koronavirusa qarşı zəncəfilli çörək istehsal edilir. Sosial şəbəklərdə yayılan çörəyin fotosu geniş müzakirələrə səbəb olub. Çörəyin üzərində antikoronaviruslu sözü yazılıb. Ekspertlərin sözlərinə görə, pandemiya dövründə bəzi işbazlar yaranmış vəziyyətdən istifadə edərək, istehlakçıları aldatmağa çalışırlar.

Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Eyyub Hüseynov – AİB-in sədri: “Hətta müqəddəs hesab etdiyimiz, gündəlik istehlak malı olan çörəyə də bu pandemiyanı necə deyərlər tətbiq edib, çoxlu pul qazanmaq istəyirlər. Tərkibinə zəncəfil vuraraq insanları cəlb edir və onları aldadır. Bu istehlakçıların birbaşa aldadılmasıdır”.

Sakin: “Mən elə şeylərə inanmıram”.

Sakin: “Mən açığını deyim, elə şeylərə inanmıram. Ona da mənfi münasibət bəsləyirəm. Elə çörək də almıram. Onlar pul qazanmaq xatirinə müəyyən şeylərə əl atırlar”.

Həkimlər deyir ki, ümumiyətlə hər hansı bir ərzaq məhsulunun koronavirus əleyhinə təsirinin olması mümkün deyil. Hətta bəzi qidaların karbohidrat dəyərinin çox olması orqanizmin müqavimətini zəiflədir ki, nətəcədə koronavirusa yoluxma riski artır.

Mətanət Cəfəroca – Həkim: “Burda olan qidalı elementlərin miqdarı az olur. Yəni karbohidrat dəyəri yüksək olan qidalarda. Amma heç bir qida məhsulunun virus əlaeyhinə, eləcə də koronavirus əleyhinə təsiri yoxdur. Bu təsirin olması üçün bunun bir elmi sübutu olmalıdır. Alimlər bunun üzərində işləməlidir və rəy verməlidir”.

Hazırda koronovirusa qarşı olduğu iddia edilən çörəyin istehsal olunduğu müəssisədə işçilər müdiriyyətin iş yerində olmadığını deyərək, müsahibə vermək və yaxud da həmin çörəyin istehsal prosesini göstərmək istəmədilər.

Ekspertlər deyir ki, yeyinti məhsulları haqqında qanuna görə, müvafiq qurumların icazəsi olmadan istehsalçıların qida məhsulunun üzərinə istədiyi sözü yazmaq icazəsi yoxdur.

Eyyub Hüseynov – AİB-in sədri: “Yəni o icazə də elə-belə olmur. Bu cür çörək əgər mövcud ola bilərsə, eksperiment olunmalıdır. Xəstələr üzərində illərlə eksperiment aparılmalıdır. Ondan sonra Səhiyyə nazirliyi icazə verə bilər ki, bu çörəyin üzərinə belə yazmaq olar. Düşünürəm ki, bu cür çörək istehsalı ilə məşğul olan insanlar, şirkətlər belə etməməlidir, insanları aldatmamalıdır”.

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, sözügedən faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər həyata keçirilib və hazırda bu ad altında məhsul istehsal edilmir. Sosial şəbəkələrdə yayılan foto isə üzərində də qeyd edildiyi kimi aprel ayında çəkilib.

Qeyd edək ki, həmin çörəyin istehsal olunduğu müəssisə Balaxanı sənaye parkının ərazisində yerləşir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR