Türkiyədə koronavirusa yoluxanların sayı 165 mini keçdi

Türkiyədə son sutka ərzində 786 yeni yoluxma faktı qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 22 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4 585, yoluxanlar isə 165 min 555 nəfərə çatıb.

Türkiyədə indiyədək 129 min 921 xəstə sağalaraq evə buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR