.

Vəkillərin sosial sığorta ödənişi 2 dəfə azaldıldı

Vəkillərin yüksək sosial sığorta ödənişi 2 dəfə azaldılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov "Facebook" hesabında məlumat paylaşıb.

"Bir məsələ də nəhayət ki, öz ədalətli həllini tapdı. İllərdir vəkillərimizin qaldırdığı bu problem Rəyasət Heyətini çox narahat edirdi. Dəfələrlə aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılıb, tərəfimizdən yazılı müraciətlər edilib. Nəticədə vəkillərin məcburi dövlət sosial sığorta haqqının 20 faizdən 10 faizə (xərclər çıxılmaqla) endirilməsini nəzərdə tutan Qanun bu gün təsdiq olundu. Vəkillərlə yanaşı sərbəst mühasiblər və auditorlar da bundan yararlanacaqlar. Qanuna əsasən, 2026-cı ilin yanvarın 1-dək vəkillərdən məcburi dövlət sosial sığorta haqqı üzrə tutulma faizi vəkillərin gəlirlərindən xərclər çıxılmaqla, 10 faiz miqdarında olacaq", - deyə A.Bağırov vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR