.

Hövsan-Zığ yolunun bəxti nə vaxt açılacaq? - VİDEO

On minlərlə insanın həsrətlə gözlədikləri yolun bəxti nə vaxt açılacaq ? Söhbət Hövsan-Zığ magistral yolundan gedir.

Metbuat.az Baku.Tv-yə istinadən xəbər verir ki, təmirinə hələ 2015-ci ildən başlanılan bu yol əvvəllər həddən artıq acınacaqlı vəziyyətdə olub. Qəsəbə böyüdükcə, əhalinin sayı artdıqca, kələ kötür yol daha böyük problemlərə yol açıb. Sakinlər deyir ki, yolun bərbad olması qəzaların sayını artırır. Təmir işlərinin uzadılması ilə əlaqədar yoldakı keçidlər də, acınacaqlı hala düşüb.

“ 5 ilə yaxındır ki, bu yolda vəziyyət belədir. Keçidlərdə bərbad hala düşüb.” – deyə bir sakin iradını bildirir.

AAYDA-dan bildirdilər ki, son illərdə bu yolun tikintisi üçün maliyyə vəsaiti ayrılmadığından tikinti müvəqqəti dayandırılıb. Lakin, cari ildə təmir işləri davam etdiriləcək.

“Zığ-Hövsan yolunda sonuncu dəfə tikinti işləri 2017-ci ildə həyata keçirilib. 2018-2019-cu illərdə bu yolun tikintisi maliyyə vəsaiti ayrılmadığından tikinti işləri müvəqqəti dayandırılıb. Artıq bu yolun təmir olunması cari ilin investisiya proqramına salınıb və yaxın müddət ərzində həmin yolda təmir-tikinti işlərinin bərpası planlaşdırılır. “ – deyə Anar Nəcəfli qeyd edir.

Yenidənqurma işlərinin 2021-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulur.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR