.

Avtovağzal fəaliyyətini bərpa edir? - RƏSMİ AÇIQLAMA

Ölkədə karantin rejimi tətbiq edildiyi zamandan, yəni mart ayının 19-dan Bakı avtovağzalı da fəaliyyətini dayandırıb və gediş-gəliş ləğv olunub.

Metbuat.az xəbər verir ki, karantin rejiminin yumşaldılması və bir çox yerlərdə məhdudiyyətlərin qaldırılmasına baxmayaraq avtovağzal fəaliyyətini hələ də bərpa etməyib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova qazet.az-a açıqlamasında bildirib ki, yaxın vaxtlarda fəaliyyət bərpa edilə bilər.

"Bununla bağlı dəqiq tarix yoxdur. İstər gediş-gəliş, istərsə də ərazidəki ticarət mərkəzləri hələ ki, bağlıdır. Operativ Qərargahın qərarından asılı olacaq. Bununla bağlı yaxın vaxtlarda məlumat veriləcək”, – deyə Pərvin Məmmədova bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR