.

Toy və yas mərasimlərinə qadağa nə vaxt bitir? - Baş infeksionist Cəlal İsayevdən AÇIQLAMA

.

Hazırda əhalini maraqlandıran məsələlərdən biri də toy və yas mərasimlərinə nə vaxt icazə verilməsidir.

Metbuat.az xəbər verir ki, məsələyə münasibət bildirən ölkənin baş infeksionisti Cəlal İsayev bildirdi ki, bu, yaxın dövr üçün mümkün görünmür.

''Toy insanların kütləvi toplaşdığı bir tədbirdir, hələ ki ona icazə verilməsi mümkün deyil. Əgər insanlar toylara icazə verilməsini istəyirlərsə, yaxşı istirahət etmək istəyirlərsə, karantin qaydalarının daha da yumşaldılmasını istəyirlərsə, o zaman tövsiyələrə əmək etsinlər. Nə qədər ki, əməl etməyəcəklər, o zaman qaydalar daha da sərtləşdiriləcək.

Yas yerlərində insanların kütləvi toplaşması xəstəliyin sürətlə artma səbəblərindən biri hesab olunur. İctimai nəqliyyat və metroda da yoluxma riski yüksəkdir və orada da tədbirləri gözləmək lazımdır. Əgər istəyiriksə, koronavirusdan xilas olub, bu yayı sərbəst istirahət edə bilək, o zaman tövsiyələrə əməl etmək lazımdır. Biz istəyirik ki, həm tövsiyələrə əməl etməyək, həm də normal həyat tərzinə qayıdaq. Ancaq belə olmur. Özümüzü də, ailəmizi də, ölkə vətəndaşlarının hamısını risk altına qoyuruq. Hər zaman da bunu demişəm ki, xəstəlik əksər hallarda yüngül keçir və bir qisim insanlarda heç bir əlamətlə özünü büruzə vermir. Bu da həmin insanların başqalarını yoluxdurmasına, xəstəliyin sürətlə yayılmasına səbəb olur. O insanlar özləri üçün olmasa da, başqaları üçün təhlükə mənbəyidir. Heç kim bilmir ki, o insan xəstədir, hətta özü də bilmir. Həm yaxınlarını təhlükə altında qoyur, həm iş yoldaşlarını, həm getdiyi qapalı bir məkanda olan bütün insanları təhlükəyə salır''


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR