SON DƏQİQƏ:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aparılan videomüşahidə zamanı, Bakı şəhəri, Binəqədi rayonunda dağlıq ərazidə tüstülənmə olması qeydə alınıb.

Metbuat.az FHN-in saytına istinadən məlumatına görə, dərhal nazirliyin müvafiq xilasetmə qurumları məlumatlandırılıb.

Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən ərazidə yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.

İlkin məlumata əsasən, mürəkkəb relyefli dağlıq ərazidə təqribən 2-3 ha sahədə quru ot və kol-kos yanır.

***

Bakı şəhəri, Binəqədi rayonunda dağlıq ərazidə baş vermiş yanğın saat 14:37-də yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, yanğın nəticəsində təqribən 35 ha sahədə quru ot və kol-kos yanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR