Bu il ARDNF “Şahdəniz”dən 66 mln. ABŞ dolları qazanıb

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qazın satışından Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) indiyədək 2,959 mlrd. ABŞ dolları daxil olub.

Metbuat.az bu barədə ARDNF-ə istinadən xəbər verir.

Bu ilin yanvar-may ayları ərzində ərzində ARDNF-ə daxil olan vəsaitin həcmi isə 66 mln. ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ARDNF-ə “Şahdəniz” yatağının işlənməsindən əldə olunan mənfəət qazının satışından vəsait 2007-ci ildən daxil olur. Bu yataqda hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə satılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR