.

Maska taxmayanların cərimələnməsinə başlanıldı - VİDEO

Bu gün paytaxtın müxtəlif yerlərində polis əməkdaşları tərəfindən maska taxmayan vətəndaşlara reydlər keçiririlib.

Metbuat.az Baku.Tv-yə istinadən xəbər verir ki, reyd sərnişindaşımanın çox olduğu yerlərdə, avtodayanacaqlarda və digər ictimai yerlərdə maarifləndirmə məqsədilə keçirilsə də, bəzi vətəndaşlar cərimələnib. Nizami RPİ-nin rəis müavini Müşfiq Aslanov bildirir ki, reydin əsas məqsədi maarifləndirməkdir. Cərimələnən vətəndaşların sayı da 10 nəfər olub. Sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq qərar ötən gün qəbul olunub. Qanuna əməl etməyən fiziki şəxsləri 50, vəzifəli şəxsləri 100, hüquqi şəxsləri isə 200 manat məbləğində cərimə gözləyir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

--> -->