Bakıda maraqlı parklama üsulu - Düz yolun ortasında .../ FOTOLAR

Bakıda "Mitsubishi Pajero" markalı minik avtomobili Dövlət Statistika Komitəsinin qarşısından keçən yolun ortasında parklanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev ''Facebook" səhifəsində paylaşaraq məlumat verib.

Mais Ağayev vəziyyəti belə şərh edib:

''Çox istədim nəsə şərh yazım amma avtomobilin bu formada park olunmasına bir anlam verəcək söz tapmadım.''

Qeyd edək ki, BNA paytaxtın küçə və prospektlərində qanunsuz parklanma hallarına nəzarətin təkmilləşdirilməsi üzrə işlər davam etdirir. Bu çərçivədə nəzarət tədbirləri xüsusi kameralarla təchiz olunan avtomobillərlə də aparılır. Avtomobilin hərəkət trayektoriyasındakı yollarda dayanma və durma qaydalarının pozulması faktları aşkar edildikdə həmin hallar videoçəkilişlə qeydə alınır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR