​Gəncədə oğul 85 yaşlı anasını döyərək ona xəsarət yetirib

Gəncədə oğul 85 yaşlı anasını döyərək ona xəsarət yetirib.

Metbuat.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü Güləndam Köçəriyeva müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaxınlarının bildirdiyinə görə, qadını içki aludəçisi olan oğlu döyüb. Həkimlər G.Köçəriyevanın vəziyyətini kafi kimi qiymətləndirirlər.

Hadisənin səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR