Bu həftə mağazalar bağlanacaq, iş saatları qısaldılacaq -

Bu həftənin cümə günü dövlət müəssisələrində iş saatlarının qısaldılması təklif olunub.

Metbuat.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:

"Bu həftənin cümə günü dövlət müəssisələrində iş saatlarının qısaldılması təklif olunub. Dövlət müəssisələrinə Operativ Qərargah və Baş Nazir tərəfindən müraciət ediləcək. Cümə axşamı və Cümə günlərində vətəndaşlarımız nəzərə almalıdır ki, həftə sonları tam qapanış olacaq. Burada demək olar ki, bütün ticarət obyektlərinin, o cümlədən ərzaq mağazalarının, marketlərin, digər bütün sahələrin tam qapanması nəzərdə tutulur. Bəlkə, növbətçi apteklər fəaliyyət göstərdi. Bununla əlaqədar olaraq, vətəndaşlarımız təşvişə düşməsin. Cümə axşamları və cümə günləri həftə sonları üçün – cəmi 2 gün olacaq qapanış - zəruri ərzaq və digər ehtiyaclarını təmin etməlidirlər. Mağaza sahiblərinə müraciət edirik ki, iş saatlarını bir az da uzun tutsunlar ki, orada biz fiziki məsafəni gözləmək şərtiylə həftəsonuna aid olacaq zəruri ehtiyaclarımızı ödəyəcək.

Daha sərt karantin qaydalarının tətbiq edilməsi barədə fikrimiz, arzumuz yoxdur".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR