.

''Hamı virusdan xəstələnəcək'' - Professor Adil Qeybulladan ŞOK AÇIQLAMA

"Bu gediş onu deməyə əsas verir ki, hamı virusdan xəstələnəcək.''

Metbuat.az xəbər verir ki, professor Adil Qeybulla deyir ki, karantin şərtlərinin iki günlük sərtləşdirilməsi əslində çox məntiqsiz qərar oldu:

"Yay aylarında karantin tədbirlərinin sərtləşməyə doğru getməsi pis nəticə verə bilər. Çünki insanların bu istilərdə evdə oturması real görünmür. Yenə də hamı həyətə çıxacaq, yığışacaqlar bir yerə, çay içmək, nərd kimi oyunlar və s. Bu da virusa yoluxmaya yol açacaq. Ən yaxşı o olardı ki, insanlar sosial həyatlarına davam etsinlər, amma maska taxmaq, məsafə saxlamaq və s. qaydalara əməl etsinlər. Gərək şərt belə qoyulardı. Elan olunan rəqəmlər də real nəticədən daha yaxşıdır. Sadəcə olaraq, kimlər ki, özünü qoruyur, maska taxır, sosial məsafə gözləyir xəstəliyi yüngül keçirəcək. Amma özünü gözləməyənlər üçün xəstəlik ağır olacaq”.(Qaynarinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR