Metro yenidən BAĞLANIR? -

Şənbə və bazar günləri hərəkətin tam məhdudlaşdırılmasi ilə bağlı qərar metropolitenə də şamil ediləcək?

Metbuat.az xəbər verir ki, bu suala aydınlıq gətirən "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki,metronun həftə sonları yenidən bağlanıb bağlanmayacağı ilə bağlı fikirlərdən məlumatsızdır.

"Bu, ümumi qərarda açıqlanacaq və ancaq Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Onlar hansı qərarı açıqlayacaqsa, biz də o qaydayla çalışacağıq. Mən bu barədə nəsə demək səlahiyyətinə malik deyiləm və tam ətraflı heç bir şeydən də məlumatım yoxdur. Qərar sahibi onlar olduğu üçün ümumi vəziyyəti də bilirsiniz. Biz sərnişin daşıyırıq. Operativ Qərargah nə qərar versə biz ona da tabe olmalıyıq".(Milli.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR