Apteklər həftə sonu fəaliyyət göstərəcək? -

"Məhdud sayda işçilərin işə çıxması ilə bağlı aidiyyəti qurumlara məktublar göndərilib".

Metbuat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O vurğulayıb ki, ictimai nəqliyyat tam məhdudlaşdırılıb: "Dərman ehtiyacı olanlar indidən alsınlar. Təcili hal çıxsa təcili yardım vasitəsilə əhaliyə yardım ediləcək. Bəzən dəfn mərasimləri ilə sui-istifadə halları olurdu. Burdan insanlara tövsiyə edirik ki, bu kimi hallara yol verilməsin.Xüsusi ilə dərman tədarükündə ehtiyyac yaranarsa təcili yardıma müraciət etsinlər".

TƏBİB sədri vurğulayıb ki, xarici ölkələr Azərbaycandan maska almaq üçün müraciət edib: "Qiymətlər müxtəlifdir və hər kəs öz büdcəsinə görə maska ala bilərlər. Hətta ev şəraitində qaydalara uyğun maska tikmək olar".

R.Bayramlı 190 manatlıq birdəfəlik ödəmənin yenidən verilməsinin gündəmdə olmadığını bildirib: "Bütün iş yerləri açılıb və həftəsonu qadağası bitdikdən sonra işlər yenidən açılacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR