Bakı metrosu iki günlük bağlanır -

Metropolitendə sərnişindaşıma fəaliyyəti 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək dayandırılır.

Bu barədə Metbuat.az-a "Bakı Metropoliteni" QSC-dəın məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 iyun 2020-ci il tarixli “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarının 1.3 maddəsinə uyğun olaraq, 6 iyun saat 00:00-dan 8 iyun 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR