.

​Bakıda narkotikvasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Baş İdarə əməkdaşlarının paytaxtın Yasamal rayonunda keçirdikləri tədbir zamanı Sumqayıt şəhər sakini Valeh Hüseynov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman ümumi çəkisi 970 qram olan narkotik vasitə heroin aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqa hələlik məlum şəxsdən satmaq niyyəti iləaldığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Valeh Hüseynovuncinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR