.

Avropa sərhədlərini nə vaxt açır?

Avropa Komissiyası Avropa İttifaqı ölkələrini iyun ayının sonunda sərhədlərini açmağa və İttifaq daxilində pasportsuz səyahətə icazə verməyə çağırıb.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Komissarı Ylva Johanssonun sözlərinə görə, virusla bağlı vəziyyət "sürətlə yaxşılaşıb".

"Bütün daxili sərhəd məhdudiyyətlərini və sərhəd yoxlamalarını qaldırmalı olduğumuz bir vəziyyətə yaxınlaşırıq" - o, Euronews kanalına açıqlamasında bildirib.

Avropanın bəzi ölkələri daxili məhdudiyyətləri ləğv etməyə başlayır və son günlərdə bəziləri sərhədləri açmağa başlayıb.

Avropa İttifaqının digər ölkələrlə sərhədləri nə vaxt açacağı ilə bağlı məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR