​Bərbərxanalar və gözəllik salonları onlayn iş rejiminə keçməlidir - VİDEO

Bərbərxanalarda və gözəllik salonlarında online növbə sisteminin yaradılması təklif edilir. Hesab edilir ki, məhz bu yolla insanların kütləvi toplaşmasının, salonlarda, bərbərxanalarda saatlarla növbə gözləməsinin qarşısı alına bilər.

Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bərbərxana və gözəllik salonu fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə onlayn növbə sisteminin yaradılmasını tövsiyyə edib.

Nahid Məhərrəmov – Həkim: “İstənilən halda, insanların kütləvi formada vaxt gözləməsi, növbə gözləməsi hər zaman təhlükəlidir. Bu xidmətlərin məhz online olması bizi virusdan qoruyur. Bu xidmətlərin məhz online olması bizi virusdan qoruyur. Çünki virus bizə kiçik bir dövrədə insanların daha çox olması vasitəsilə keçə bilir”.

Nigar İbrahimova – Salon rəhbəri: “Əlbəttə ki, bunun olması həm müştəriyə faydalıdır. Gəlib o müştəri bu müştərini gözləməsin və sıxıntı yaşanmasın. Bilirsən ki, sənin saat 1-də rezervasiyan var idi və sən 1-də mütləq şəkildə gəlməlisən, 2-yə qədər, 3-ə qədər ustanı demək olar ki, məşğul edirsen. Yəni o sırf sənə sənə servis edir”.

Bir müştərinin salonda növbə gözləməsi sıxlıqla yanaşı, digər müştərinin narazılığına da səbəb olur.

İbrahim Nəcəfov – Bərbər: “Balaca bir yerdir, ona görə də çox adam olanda müştəri də narazı olur. Onlayn növbə götürmələri yaxşıdır, həm bərbər üçün, həm də digər müştərilər üçün”.

Gözəllik salonlarında isə vəziyyət fərqlidir. Salon rəhbərləri deyir ki, onsuz da əksər müştərilər gəlməzdən əvvəl müxtəlif vasitələrlə növbə tutur. Yəni gəlib salonda gözləmirlər.

Xüdafərin Seyfullayeva – Salon rəhbəri: “Biz daha əvvəl də onlayn sistemlə işləyirdik. Məsələn sosial şəbəkələrdən, yaxud telefon vasitəsilə müştərilərimiz əlaqə saxlayıb növbə götürürlər. Bizdə bu qayda karantindən qabaq da belə idi. Ona görə də nə biz müştəri gözləyirik, nə də müştəri bizi. Bizim artıq onlayn işləmək təcrübəmiz var”.

Həmçinin bərbərxana və gözəllik salonlarında sanitar-epidemioloji tələblərə riayət edilməsi, işçilər və müştərilər üçün lazımi şəraitin yaradılması və qoruyucu vasitələrdən istifadə də önəmlidir.

Ceyhun Məmmədov – Milli Məclisin deputatı: “Məsələ ondan ibarətdir ki, o yerlədə ki, sıx təmas, kütləvi toplaşma var, burada biz sağlamlığa önəm verməliyik. Ondan sonra digər məsələlərə artıq şərait yaradılacaq. Və burada bizim vətəndaşlarımızın da üzərinə böyük bir məsuliyət düşür. Yəni biz tam arxaynlaşa bilmərik”.

Qeyd edək ki, mayın 4-də Azərbaycanda karantin rejiminin nisbətən yumşalmasından sonra bərbərxanaların və gözəllik salonlarının fəaliyyətə icazə verilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR