.

"Sovetski"də hər an uçmaq təhlükəsi olan köhnə binalar - VİDEO

Təxminən bir əsrdən çox yaşı olan tikililərdə hazırki vəziyyət heç də ürəkaçan deyil.

Metbuat.az Baku.Tv-yə istinadən xəbər verir ki, mənzillərin içərisinə nəzər saldıqda sanki yaşayış yerinə yox, viran qoyulmuş bir məkana daxil olursan. Çat vermiş divarlar, sökülmək üzrə olan pilləkənlər və tavanlar. Söhbət hər kəsin “Sovetski “ kimi tanıdığı yaşayış massivindən gedir.

“ Bu necə restavrasiyadır ki, mənim evimin altında metrə ilə su var. Mənim nəvələrim burda necə yaşasınlar ? “ – Sakin şikayət edir.

“Bu evlərin bu cür bərpası qeyri-mümkündür, əgər çöldən bərpa edib içəridən bərpa etməsələr. 19-cu əsrdə tikilən evlərdi. Hərəsinin 120-130 yaşı var. Burda su-kanalizasiya sistemi bərbad vəziyyətdədi.” – digər bir sakin şikayətini bildirir.

Məsələylə bağlı Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən bildirdilər ki, sakinlərin narahatçılığına əsas yoxdur. Təmir-bərpa davam etdikcə növbəli şəkildə binaların içində də yenidənqurma işləri aparılacaq.

Bakı şəhərində Vidadi, Bəşir Səfəroğlu küçələrində təmir-bərpa işləri görüləcək. Bu küçələrdə binaların xarici fasadı, daxili fasadı, pilləkənləri, həyətləri, dam örtükləri, bunlar hamısı yüksək səviyyədə təmir olunacaq.” – deyə Ədalət Bağırov bildirir.

Ümid edirik ki, qurum rəsmisinin dediyi kimi sakinlərin narahatçılığına əsas qalmaz və tezliklə onlar da bu tarixi evlərdə rahat şəkildə yaşaya biləcəklər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR