.

Həftəsonu avtobuslar xüsusi hallarda işləyəcəklər - VİDEO

Məlum olduğu kimi həftəsonu sərt karantin rejimininə əsasən bir çox məhdudiyyətlər tətbiq olunacaq.

Metbuat.az Baku.Tv-yə istinadən xəbər verir ki, sərt karantin rejiminin tətbiq olunması ilə əlaqədar 2020-ci il 6 iyun tarixində saat 00:00-da, 8 iyun saat 06:00-dək Bakı şəhərində müntəzm ekspres xətlər üzrə sərnişindaşımaları tam olaraq dayandırılır. Lakin iş fəaliyyəti dayandırılmayan müəssiə və təşkilatlar var ki, onların işə necə gedib gəlməsi sual altındadır. BNA-nın mətbuat katibi Mais Ağayev bildirir ki, Bakı Nəqliyyat Agentliyi sərt karantin rejimi müddətində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan müəssisə və təşkilatlara müvafiq dəstək göstərə biləcək.

“Daşınmaları daxili imkan hesabına tənzimləyə bilməyən müəssisə və təşkilatlar ciddi zərurət olduğu halda Nazirlər Kabineti yanında Operativ Qəraragaha müraciət etməlidir. Yalnız qərargahın müvafiq tapşırığı əsasında nəqliyyat xidmətlərinin göstərilməsi təmin olunacaq. Eyi zamanda bildiririk ki, nəqliyyat xidmətləri ilə bağlı müraciətlər əvvəlcədən planlı qaydada olmalıdır. Bu nəqliyyat vasitələrinin , sürücü və digər texniki heyətin hazırlanması baxımından vacibdir. “- deyə Mais Ağayev qeyd edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR