Ukraynada karantin rejiminin yumşaldılması təxirə salındı

Ukraynanın paytaxtı Kiyevdə kafe və restoranların normal fəaliyyətinin bərpası ertələnib.

Metbuat.az xəbər verir ki, bunu brifinqdə Kiyevin meri Vitali Kliçko çıxışı zamanı deyib. “Hazırda göstəricilərdən biri – 100 min əhaliyə düşən xəstə sayı normadan çoxdur. Bu gün bu, 14,9 nəfər təşkil edir. Bu səbəbdən paytaxtda kafe, restoran, həmçinin hovuzların ziyarəti qadağası qüvvədə qalıb.

Qeyd edək ki, Kiyevdə iyunun 5-dən başlayaraq karantin rejiminin yumşaldılması gözlənilirdi.

Xatırladaq ki, Ukraynada ötən sutkada daha 553 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 25 964-ə çatıb. Şərqi Avropa ölkəsində indiyədək 762 nəfər pandemiyanın qurbanı olub.

Mənbə: TASS


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR