“Əsgərin şücaəti” bədii filminin çəkilişləri davam edir

01:58 18 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 18 yanvar, AzərTAc
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə “Əsgərin şücaəti” adlı tammetrajlı bədii filmin istehsalı davam etdirilir.
Əsas hissəsinin çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparılan film İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunub. Ekran əsərinin cari il mayın 9-da tamaşaçılara təqdim edilməsi nəzərdə tutulub.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, hazırda filmin qış səhnələrinin çəkilişlərinə hazırlıq işləri aparılır.
Ekran əsərinin ssenari müəllifləri Yuri Vorobyov və Yavər Rzayev, rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, prodüsseri Müşfiq Hətəmovdur.
Baş rolu Azərbaycan Dövlət Pantomim Teatrının aktyoru Bəhruz Vaqifoğlunun canlandırdığı filmdə Almaniyanın və Rusiyanın tanınmış aktyorları rol alıblar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR