.

ABŞ səfirliyi viza verilməsinin bərpası məsələsini şərh edib

ABŞ-ın xarici nümayəndəlikləri ən qısa zamanda sadə viza xidmətləri göstərilməsini bərpa edəcək, lakin dəqiq tarixi hələ bilinmir.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin diplomatik nümayəndəlik tərəfindən viza verilməsinin bərpa olunması ilə bağlı yaydığı bəyanatda deyilir.

“COVID-19 pandemiyası ilə əlaqədar dünyada yaranan ciddi problemlərə cavab olaraq, Dövlət Departamenti ABŞ-ın bütün səfirlik və konsulluqlarında sadə viza xidmətlərini müvəqqəti olaraq dayandırıb. Resurslar icazə verən kimi, səfirliklər və konsulluqlar missiya üçün təcili və vacib viza xidmətləri göstərməyə davam edəcəklər”, - səfirlikdən qeyd ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR