Bakıda “Gelandewagen”in sürücüsündən ağlasığmaz hərəkət:

Sosial şəbəkədə Bakıda yol hərəkəti qaydalarını pozan sürücünün görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, sürücü tıxacda qalmamaq üçün ağlasığmaz hərəkət edib.

O, idarə etdiyi 99-TD-088 qeydiyyat nişanlı, “Mercedes Gelandewagen” markalı avtomobillə ayırıcı zolağın üzərindən əks istiqamətə keçərək, yolunu dəyişmək istəyib.

Bu zaman avtomobilin alt hissəsi ayırıcı zolağa ilişərək, qəribə manevri çətinləşdirib.

(Avtosfer)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR