İranda koronavirusun yayılması sürətləndi, 75 nəfər öldü

.

İranda koronavirusa yoluxanların sayı yenə artıb.

Metbuat.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib. Onun sözlərinə görə, ölkədə daha 2 269 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 169 425-ə çatıb.

K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 75 nəfər artaraq 8 209 nəfərə yüksəlib. O həmçinin 2 578 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Bundan başqa, indiyədək 132 038 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR