"Roma" klubunun 9 ay ərzindəki itkisi bəlli olub

İtaliyanın "Roma" klubunun 2019/2020 maliyyə ilinin 9 ay ərzindəki itkisi bəlli olub.

Metbuat.az report-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi zərəri martın 31-dək 126.4 milyon avroya çatıb.

Bir il əvvəl bu göstərici 29,5 milyon avrodur. Martın 31-dək "Roma"nın xalis maliyyə borcu 280.5 milyon avro olub.

Klubun itkilərlə üzləşməsi Çempionlar Liqasında oynamaması və koronavirus pandemiya ilə əlaqədardır.

Qeyd edək ki, mart ayında koronavirusa görə dayandırılan İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq. 26 oyuna 45 xal toplayan "Roma" turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR