Azərbaycanda deputatın yaxın qohumu koronovirusdan öldü

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadənin yaxın qohumu koronavirusdan vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə deputat özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Dünən əmimqızı koronavirusdan 64 yaşında vəfat etdi. Üç gün temperaturla gəzib, hesab edib ki, soyuq dəyib. Axırıncı iki gün süni nəfəs aparatına qoşsalar da, xilas edə bilmədilər. Özündən başqa ailəsindən daha dörd nəfər klinikada koronavirusdan müalicə alırlar və ananın vəfatından xəbərləri yoxdur", - deyə A.Mirzəzadə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR