.

Qardaşının qatilini ürəyindən bıçaqladı - Sumqayıtdakı cinayətin TƏFƏRRÜATI

Bu gün Sumqayıtda baş vermiş kütləvi dava iki nəfərin ölümü ilə nəticələnib.

Metbuat.az-ın məlumatına görə, hadisə 10-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğlu və 1988-ci il təəvəllüdlü Qasımov Zöhrab Vəli oğlu bıçaqlanaraq öldürülüb, onun 31 yaşlı qardaşı Qasımov Tofiq isə yaralanıb. Hazırda yaralının vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisə borc üstündə baş verib. N.Rəhimov mübahisə zəminində Z.Qasımovu bıçaqlayaraq ölüb. Qardaşının öldüyünü görən T.Qasımov bıçaqla Namiqin ürəyindən vurub. Tofiq Qasımova isə N.Rəhimovun kimliyi məlum olmayan tanışı kəsici alətlə ağır xəsarətlər yetirərək hadisə yerindən qaçıb.

Hazırda faktla bağlı araşdırma aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR