Azərbaycanda sərt karantin rejimini pozanların sayı açıqlandı - RƏSMİ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ötən gün inzibati məsuliyyətə cəlb edilən hərəkət iştirakçılarının sayını açıqlayıb.

Bu barədə Metbuat.az-a BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazilərində tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 06.06.2020-ci il saat 00:00-dan 07.06.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1083 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, respublikanın digər avtomobil yollarında isə sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 85 nəfər olmaqla ümumilikdə 1168 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR