Azərbaycan idmanına itki üz verdi - FOTO

Azərbaycan idmanına ağır itki üz verib.

Metbuat.az xəbər verir ki, Azərbaycanda müxtəlif paralimpiya idman sahələrində çalışmış Şaiq Həmidov vəfat edib.

Qeyd edək ki, Şaiq Həmidov 2013-cü ildə Milli Paralimpiya Komitəsinin IV hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin Vitse prezidenti vəzifəsinə seçilib. 2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olub. AFFA-da hakim inspektor vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR