"Hər kəs öz çevrəsindən birinin koronavirusa yoluxduğunun şahidi olacaq" - TƏBİB-in sədri

Fiziki məsafənin gözlənilməməsi, maskalardan istifadə olunmaması, növbələrin gözlənilməməsi, bütün bunlar son günlərdə ölkədə koronavirusun sürətli yayılmasının əsas səbəbidir.

Metbuat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlı "Xəzər Xəbər"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, hələ də virusa inanmayanlar var: "Ancaq mən əminəm ki, hər kəs öz çevrəsində yaxınlarından birinin koronavirusa yoluxduğunun şahidi olacaq".

R. Bayramlı bildirib ki, son günlər koronavirus xəstələrinin vəziyyəti ağırlaşır. Belə ki, əvvəllər xəstəliyi siptomsuz keçirənlər, 7 günün tamamında sağalmağa başlayırdı. İndi isə yoluxmanın sayı artır və virusun sanki mutasiyası da artır. Artıq, nəinki 7-ci günün tamamında, 14 hətta 21-ci günün tamamında da xəstəlik davam edir, testlər pozitiv çıxır.

TƏBİB sədri qeyd edib ki, ən təhlükəli metodlardan biri də evdə özünü müalicədir: "Bir çox insanlarımız evdə özünü müalicə etməyə çalışır. Bu qripə soyuq dəymə, adi qrip kimi yanaşanlar çox ağır vəziyyətdə olanda bizə müraciət edir.

TƏBİB sədri insanları qəti olaraq bu yanaşmadan çəkinməyə çağırıb.

Həftəsonları sərt karantin qaydalarının tətbiqinin nə vaxt ləğv ediləcəyi isə vətəndaşların sanitar gigiyena təlimatlarına düzgün əməl etmələrindən asılı olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR