Dünyada yeni növ koronavirusa yoluxanların sayı 7 milyon 815 nəfərə çatıb.
Metbuat.az xəbər verir ki, virusdan ölənlərin sayı 402 min 575 nəfərdir.
İndiyədək 3 milyon 422 min 299 nəfər xəstəlikdən sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.