SON DƏQİQƏ! Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı -

Azərbaycan Respublikasında 314 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 125 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1947, 1954,1956 və 1958-ci il təvəllüdlü dörd nəfər vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 7553 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 4149 nəfər müalicə olunaraq sağalmış, 88 nəfər vəfat etmiş, 3316 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 69 nəfərin vəziyyəti ağır, 80 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 339.876 test aparılmışdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR