Bakıda icazəsiz çölə çıxan qadın polisə yaxınlaşdı, polis isə görün nə etdi... -

Xəbər verdiyimiz kimi, ölkədə tətbiq olunan xüsusi karantin rejimi həftəsonu sərtləşdirildi və insanların iki gün ərzində çölə çıxmasına qadağa qoyuldu.

Metbuat.az xəbər verir ki, bu qadağalardan sonra bəzi vətəndaşların karantin qaydalarını pozması fonunda ortaya fərqli görüntülər çıxdı. Yayılan görüntülər arasında ən maraqlısı isə polisin küçəyə icazəsiz çıxan vətəndaşa yardım etməsi olub.

Belə ki, orta yaşlı bir xanım polisə yaxınlaşaraq bacısının dünyasını dəyişdiyini deyib və yas yerinə getmək üçün “102” xidmətindən icazə almadığını bildirib. Polis əməkdaşları isə qadını cərimələmək əvəzinə ona yardım ediblər. Belə ki, qadını öz xidməti avtomobilləri ilə yas məclisi keçirilən yerə aparıblar.

Görüntülər sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR