Müəllimlərin yerdəyişmə müsabiqəsinə sənəd qəbulu başa çatdı

İyunun 5-də Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb.

Bu barədə Metbuat.az-a nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

"Müsabiqədə iştirak etmək üçün 10 068 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6 871 namizəd elektron ərizəsini təsdiq edib. Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. İyun ayı ərzində elektron yerləşdirmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək", - o, sosial şəbəkə hesabında qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR